“Tottenhem”in sabiq futbolçusu Piter Krauç London klubunun Avropa Liqasının 1-ci turunda “Qarabağ”la keçirilən oyununu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, “Liverpul”dakı çıxışı ilə məşhurlaşan keçmiş forvard “Qarabağ”ın baxımlı futbol sərgilədiyini bildirib.

“İnanılmaz şanslar yarandı. “Qarabağ” başqa vaxt 2-3 qol vurardı. Ancaq “Tottenhem” futbolçuları öz üzərlərinə düşəni yerinə yetirərək 3 xal qazandılar”, – deyə 43 yaşlı mütəxəssis bildirib.

Qeyd edək ki, “Qarabağ” Londonda keçirilən matçda rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Shares: