Dünya çempionatının ikiqat mükafatçısı, ukraynalı ağırlıqqaldıran Dmitri Çumak dopinq yoxlamalarının saxtalaşdırılması ittihamı ilə 6 il müddətinə diskvalifikasiya edilib. Bu barədə Beynəlxalq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.
İdmançının cəzası 2021-ci il iyunun 4-dən başlayır. O zaman Çumak testdən yayınmaqda və dopinq məmuruna rüşvət verməyə cəhddə ittiham olunurdu. Ondan başqa məşqçisi Mixail Matsexa da eyni qanun pozuntularına yol verib.
34 yaşlı Çumak 2015-ci il dünya çempionatında bürünc (94 kq-a qədər çəki dərəcəsində), həmçinin 2018-ci ildə gümüş (102 kq-a qədər) medal qazanıb. O, həmçinin üç dəfə (2017, 2019, 2021) Avropa çempionatının qalibi olub.