“Neftçi”də yeni təyinat gözlənilir. Klubun yeni marketinq rəhbəri türkiyəli Kaan Cem Gültəkin olacaq.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun baş icraçı direktoru Cenk Sümer həmyerlisini yanına gətirir. Onlar vaxtilə “Beşiktaş”da da birgə çalışıb.
“Neftçi” bu təyinatı oktyabrın əvvəlində elan etməyi düşünürdü. Amma Gültəkin özü bu barədə paylaşım etməklə klubu qabaqladı.