İspaniya təmsilçisi “Selta”nın futbolçusu Yaqo Aspas klub tarixində ən çox oyun keçirən ikinci futbolçu ünvanına yiyələnib.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu bunu La Liqanın 7-ci turunda, evdə “Atletiko”ya qarşı matçda reallaşdırıb.
O, yetirməsi olduğu “Selta”da 500-cü oyununa çıxıb. Klub tarixində ən çox oyun keçirən futbolçu isə Manolodur. 76 yaşlı sabiq futbolçu 533 matça çıxıb. Aspas bu mövsümün sonunadək mütəmadi oynaya bilsə, klubun mütləq rekordçusuna da çevrilə bilər.
“Selta” – “Atletiko” görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.