AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu dəfə I və II liqa ilə bağlı neqativə hallara baxılıb.
Ən diqqətçəkən cəza I Liqanın III turunun MOİK – “Difai” görüşündə olub. Qarşılaşmanın 72-ci dəqiqəsində birincilərin məşqçisi Musa Rəhimov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb, “hərbçilər” 400 manat cərimə edilib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.