UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, doğma meydanda Yunanıstan təmsilçisi “Olimpiakos”u qəbul edən Fransanın “Olimpik” (Lion) kollektivinin futbolçusu Rayan Çerkinin qolu ən yaxşı seçilib.
“Qarabağ”ın Avropa Liqasında rəqibi olan Lion klubu sözügedən matçda 2:0 hesabı ilə qalib gəlib.
Çexiyanın “Viktoriya” (Plzen) komandasının futbolçusu Pavel Şults ən yaxşı qola digər namizəd olub.