“Sumqayıt” klubu heyətini qapıçı ilə gücləndirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ötən mövsümü “Qəbələ”də keçirmiş Rəşad Əzizli ilə müqavilə imzalayıb.
Qolkiperlə müqavilənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. 30 yaşlı qapıçı 94 nömrəli formada çıxış edəcək.
“Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Georgi Xaraişvilinin keçidini reallaşdırıb.