Çempionlar Liqasının ilk turunda səfərdə “Monako”ya 1:2 hesabı ilə məğlub olan “Barselona”nın azarkeşlərinin olduğu sektorda qadağan olunmuş pankart görünüb.
Futbolinfo.az xəbər verir ki, bu, bir sözü “Barsa”nın almaniyalı baş məşqçisi Hans-Diter Flikin adı ilə əvəz etməklə dəyişdirilmiş olsa da, nasist şüarını əks etdirib.
UEFA “Barselona”nı 10 min avro cərimə ilə cəzalandırmaq qərarına gəlib. Bundan əlavə, kataloniyalılar Çempionlar Liqasında növbəti səfər matçına bilet sata bilməyəcəklər.
“Barselona” Çempionlar Liqasında növbəti səfər matçını noyabrın 6-da “Srvena Zvezda”ya qarşı keçirəcək.