Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Məlum səbəblərdən bu qarşılaşma Sumqayıtda keçirilib. Bol qollu matç Naxçıvan təmsilçisinin əzmkar qələbəsiylə yekunlaşıb.

Bu turun “Zirə” – “Kəpəz” və “Neftçi” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” görüşləri isə sentyabrın 29-da baş tutacaq.

Misli Premyer Liqası
8-ci tur

27 sentyabr

“Araz-Naxçıvan” – “Səbail” 3:2
Qollar: Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 57-pen. Bernardo Dias, 84 – Qorka Larruçea, 45+2; 89.
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev.
“Kapital Bank Arena”, 19:00.

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Ürfan Abbasov 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 6. Vadim Abdullayev (k) 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 14. Miço Kuzmanoviç 4. İqor Ribeyro 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 1. Vüsal Şabanov 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 88. Tuqay Əlizadə 11. Bayraməli Qurbanov 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 17. İssuf Paro 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 20. Mert Çelik 11. Rüfət Abdullazadə 8. Qorka Larruçea 44. Amir Bilali 3. Dmitro Litvin 7. Madi Keta 5. Gitay Sofir 21. Ayman Bouali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 6. Cabir Əmirli 18. Süleyman Əhmədov 15. Vüsal Məsimov 83. Nihad Quliyev 19. Samir Abdullayev 16. Emin Rüstəmov 10. David Qomis 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp