“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Rodri ilə bağlı açıqlama verib.

Futbolinfo.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 28 yaşlı yarımmüdafiəçinin zədəsi haqda danışıb:

“Təəssüf ki, Rodrinin zədəsi ciddidir. Bu səhər çarpaz bağından əməliyyat olundu. Rodri üçün bu mövsüm bitdi. Gələn mövsüm o, burada olacaq”.

53 yaşlı mütəxəssis Rodrinin mövqeyinə mümkün transferdən də söz açıb: “Danışıqlar aparırıq. Mümkün problemləri aşkarlamaq üçün vaxtımız var. Ondan sonra nə etmək istədiyimizi görəcəyik”.

Rodri bu mövsüm 3 oyuna çıxıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp