Serbiya millisinin sabiq futbolçusu Savo Miloşeviç ölkəsinin “Partizan” kollektivinin baş məşqçisi təyin edilib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu postda Aleksandar Stanoyeviçi əvəzləyib.

51 yaşlı mütəxəssis daha əvvəl – 2019/2020 mövsümündə də “Partizan”ı çalışdırıb.

Miloşeviç son olaraq Bosniya və Herseqovina millisində baş məşqçi vəzifəsini icra edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp