Daşkəsən rayonunda ümumtəhsil məktəbləri arasında “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunan voleybol üzrə rayon birinciliyi keçirilib. Birincilikdə 6 ümumtəhsil məktəbinin komandaları qalib adı uğrunda mübarizə aparıb.
Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışın məqsədi ekologiyanın və ətraf mühitin mühafizəsinin gənc nəsil arasında təbliği, habelə rayonda voleybol idman növünün inkişaf etdirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması olub.
Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbin komandası birinci, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin komandası ikinci, Aşağı Daşkəsən kənd G.İsmayılov adına tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Sonda qalib komandalar kubok və fəxri fərmanlarla mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV