“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 8-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Tovuz səfərindən sonra komanda çox məşq edə bilməmişdi. Futbolçularda bərpa prosesi ağır keçdi. Komanda bizə müsbət siqnallar verir. Qələbə qazandıq. Amma daha da artığını etməliyik.

Komandanın Naxçıvanda oynamaması mənə aid olmayan sualdır. Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar. “Araz-Naxçıvan” öz azarkeşlərinin qarşısında daha da rəngarəng olacaq. Yaxşı futbolçulara sahibik. Ümid edirik ki, tez bir zamanda Naxçıvanı təmsil edib azarkeşləri sevindirə biləcəyik.

Turnir cədvəli prizmasından yanaşmırıq. Proqramı elə qurmuşuq ki, komanda qarşıdakı oyunu düşünsün. Bu futbolçulara bələdəm. Yaxşı seleksiya işi aparmışıq. Hələ tam istədiyim komanda deyil. Daha yaxşı ola bilərik”.

Shares: