İran çempionatında 6-cı turun oyunları keçirilir. “Traktor” bu həftə səfərdə “Sepahan”la qarşılaşıb.

Cənubi Azərbaycan təmsilçisi 31-ci dəqiqədə azlıqda qalıb. Buna baxmayaraq, təbrizlilər 45+1-ci dəqiqədə hesabda önə keçirib. 10 nəfərlə sona qədər inamlı müdafiə olunan Təbriz təmsilçisi yekunda 1:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Traktor” topların daha yaxşı fərqinə (+7) turnir cədvəlində zirvəyə yüksəlib. Eyni xala malik “Malavan” ikinci, “Sepahan” isə üçüncü yeri tutur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp