İngiltərəli snuker ustası, 2019-cu ilin dünya çempionu, dünya reytinqinin lideri Cad Tramp karyerasında 1000-ci dəfə “sençuri” etməyi (ardıcıl 100 xal) bacarıb. O, bunu bacaran üçüncü snukerçi olub.

Hadisə Mark Allenlə “British Open-2024”-ün 1/4 final matçında baş verib. Daha əvvəl bu səviyyəyə yalnız iki idmançı çata bilmişdi: Ronni O’Sallivan və Con Higgins.

“British Open” sentyabrın 23-dən 29-dək Çeltenhem şəhərində keçirilir. Turnirin ümumi mükafat fondu 502 min avro təşkil edir. Qalib 100 min avro qazanacaq. Yarışın son çempionu Mark Vilyamsdır.

Shares: