Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Buna əsasən sentyabrın 29-da Braziliya – Mərakeş və Ukrayna – Venesuela, 30-da isə Fransa – Paraqvay və Qazaxıstan – Argentina görüşləri keçiriləcək.

Futzal üzrə dünya çempionatı sentyabrın 14-dən oktyabrın 6-dək Özbəkistanın üç şəhərində – Əndican, Buxara və Daşkənddə təşkil edilir. Turnirdə 6 qrupa bölünən 24 komanda iştirak edirdi.

Xatırladaq ki, son dünya çempionu 2021-ci ildə titul qazanan Portuqaliya millisidir.

Shares: