İsveçrə hökuməti 2038-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün təklifi təsdiqləyib. Buna əsasən ölkənin idman obyektlərinin yaxşılaşdırılması, Olimpiada haqqında məlumatın bütün ölkə üzrə yayılması, əlavə maliyyə axtarışı və cəlb edilməsinə başlanılması deməkdir.
Qeyd edək ki, Olimpiada üçün ərizə verən başqa ölkə yoxdur. Bu isə o deməkdir ki, İsveçrə rəqabət olmadan ev sahibliyi hüququna yiyələnəcək.
“Bu, ölkə üçün böyük fürsətdir və görüntü xatirinə edilmir. Biz İsveçrənin imicinə uyğun təvazökar, lakin eyni zamanda gözəl və ruhlandırıcı Olimpiada təşkil etmək istəyirik. İctimaiyyətin İsveçrənin müraciət prosesinə cəlb edilməsi çox vacibdir. Biz yalnız xalqımızın xoşuna gələn oyunları keçirmək niyyətindəyik”, – deyə İsveçrə prezidenti Viola Amhed “Bloomberg” agentliyinə müsahibəsindəq eyd edib.