18 yaşlı isveçrəli velosipedçi Muriel Furrer sentyabrın Sürixdə keçirilən yeniyetmələrin dünya çempionatında şosse yarışı zamanı aldığı kəllə-beyin travması nəticəsində dünyasını dəyişib. Bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, hadisə cümə axşamı, sentyabrın 26-da baş vermişdi. Furrer xilasedici helikopterlə xəstəxanaya çatdırılmışdı. Ağır kəllə-beyin travması alan idmançını xilas etmək mümkün olmayıb.
Beynəlxalq Velosipedçilər İttifaqı bəyanatda velosipedçinin ailəsinə başsağlığı verib.