“Naxçıvan” basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, ABŞ-dən olan Cermeyn Marrou ilə birillik müqavilə imzalanıb.

27 yaşlı basketbolçu son olaraq Slovakiyada “BMK Handlova”nın formasını geyinib.

Naxçıvan klubu daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitro Juravlov ilə yeni müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp