Futbol üzrə Cənubi Koreya çempionatında 32-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ulsan”la qarşılaşıb və məğlubiyyətlə üzləşib – 0:1.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Daejeon” hazırda 35 xalla 9-cu pillədə qərarlaşıb.