Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi” evdə “Sumqayıt”ı qəbul edib.

Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə bitən matçdan sonra paytaxt klubunun baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynlaı çalışdırıcı qələbəyə daha çox yaxın olduqlarını bildirib:

“Əlbəttə ki, qələbəyə daha çox yaxın idik. Futbolda bəzən belə şeylər olur. Necə var, elə də qəbul etməliyik. Hazırda heç bir derbi haqqında düşünmürəm. Çünki mənasızdır. Yalnız qələbə haqqında düşünməliyik. Əsas olan budur.

Hər bir şeylə razılaşıram. Stadion inanılmaz dərəcədə dəyişib. Hazırkı atmosferi bəyənirəm. Bizim nəticələrimiz bundan çox geri qalır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə etməliyik.

Taktiki cəhətdən deməzdim ki, geri qalırıq. Amma psixoloji cəhətdən futbolçularımın üzərində təzyiq var, sıxılırlar. Düşünürəm ki, hansısa qazanalmış qələbə onlarda yaxşı mənada dəyişiklik yaradacaq. Həm “Neftçi” tarixi, həm də, adı brenddir. Əlbəttə ki, nəticələr də buna layiq olmalıdır. Gələcəkdə nələr baş verəcəyini düşünmürəm. Komandanın 8 oyun qələbə qazanmayacağını qabaqcadan düşünmək əlbəttə ki, çətindir.

“Kəpəz” üzərində qələbə qazansaq, bu, min faiz deyərdim ki, futbolçularıma yaxşı təsir göstərəcək. Məğlubiyyətlərin onlara necə təsir göstərdiyini başa düşürəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbəni azarkeşlərimizə hədiyyə edəcəyik, çünki onlara qələbə borcumuz var.

Fərqli çətin vəziyyətlərdə olmuşam, amma hazırkı durum bunların ən birincisidir. Səbirli olaraq bu durumdan çıxmalıyıq”.

Shares: