Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

Günün ilk oyunu “Şamaxı” ilə “Turan Tovuz” arasında baş tutacaq.

Turun qapanış və mərkəzi oyunu isə çempion “Qarabağ”la əsas rəqiblərindən biri hesab edilən “Sabah” arasında keçiriləcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”ə (3:2), “Zirə” “Kəpəz”ə (3:0) qalib gəlib, “Neftçi” – “Sumqayıt” matçında isə heç-heçə (1:1) qeydə alınıb.

Misli Premyer Liqası
8-ci tur

29 sentyabr

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 16:00.

“Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
“Azərsun Arena”, 19:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp