Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi HJK Finlandiya çempionatında 25-ci tur oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda evdə “İlves”lə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.

Ozan da bu görüşdə iştirak edib. O, 83-cü dəqiqədə meydana daxil olub.

HJK hazırda turnir cədvəlində 45 xalla 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp