Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması “Şamaxı” ilə “Turan Tovuz” arasında baş tutub.

Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Turun qapanış və mərkəzi oyunu isə çempion “Qarabağ”la əsas rəqiblərindən biri hesab edilən “Sabah” arasında keçiriləcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”ə (3:2), “Zirə” “Kəpəz”ə (3:0) qalib gəlib, “Neftçi” – “Sumqayıt” matçında isə heç-heçə (1:1) qeydə alınıb.

Misli Premyer Liqası
8-ci tur

29 sentyabr

“Şamaxı” – “Turan Tovuz” 2:2
Qollar: Belaydi Pusi, 48. Arsen Ağcabəyov, 89 – Sadiq Şəfiyev, 6. Kristian da Silva, 90+8-pen.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 16:00.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.
Turan Tovuz: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev (k), 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian Da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev, 5. Roderik Miller, 80. Otto Con.
Baş məşqçi: Kurban Berdıyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp