Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, turun qapanış və mərkəzi oyunu çempion “Qarabağ”la əsas rəqiblərindən biri hesab edilən “Sabah” arasında keçiriləcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”ə (3:2), “Zirə” “Kəpəz”ə (3:0) qalib gəlib, “Neftçi” – “Sumqayıt” (1:1) və “Şamaxı” – “Turan Tovuz” (2:2) oyunlarında heç-heçə qeydə alınıb.

Misli Premyer Liqası
8-ci tur

29 sentyabr

“Qarabağ” – “Sabah” 3:2 (2-ci hissə)
Qollar: Toral Bayramov, 6. Nəriman Axundzadə, 8. Kevin Medina, 17 – Coy Lens Mikels, 45+1. Pavol Şafranko, 51.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
“Azərsun Arena”, 19:00.

Qarabağ: 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp