Misli Premyer Liqasında 2024-25 mövsümünün ən gec qolu qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, bu, 8-ci turun “Şamaxı” – “Turan Tovuz” oyununa təsadüf edib.

Matçın 90+5-ci dəqiqəsində qonaqların braziliyalı yarımmüdafiəçisi Kristian da Silva penalti qolu ilə komandasını məğlubiyyətdən xilas edib – 2:2. Buna qədər mövsümün rekordu 90+4-cü dəqiqədə vurulmuş iki qol idi.

Qeyd edək ki, cari mövsümün ilk 8 turunda ən çox qol 76-cı dəqiqədə vurulub. Matçlar zamanı 5 dəfə həmin dəqiqədə hakim futbolçuları mərkəzi dəvət edib.

Shares: