UEFA Konfrans Liqasının Liqa mərhələsində ev oyunlarını Sumqayıtda keçirəcək Belarusun “Dinamo” klubu Azərbaycana bütün legionerlərini gətirə biləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Minsk təmsilçisinin futbolçusu İqor Şkolik yerli mətbuata açıqlama verib.
Yerli KİV Şkolikin və digər risiyalı Daniil Kulikovun Azərbaycana buraxılmayacağını iddia etmişdi. Lakin 23 yaşlı yarımmüdafiəçi bunu təkzib edib. O, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Şotlandiyanın “Harts” klubuna qarşı keçiriləcək qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaqlarını açıqlayıb: “Bakıya gedirəm, bu baxımdan heç bir problem yoxdur. Guya Kulikovla məni ora buraxmayacaqlar. Amma bu xəbərlərin hamısı yalandır”.
Qeyd edək ki, “Dinamo” – “Harts” matçı oktyabrın 3-də keçiriləcək.