Fransa Liqa 1-də 6-cı tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün son 4 oyun baş tutub.

Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i səfərdə “Tuluza”nı çətinliklə məğlub edib. “Anje” – “Reyms” matçında da qonaqlar qələbə qazanıblar. “Nant” – “Sent Etyen” matçı bərabərliklə bitibsə, Marsel “Olimpik”i “Strasburq”a uduzub.

Hazırda PSJ və “Monako”nun 16, Marsel “Olimpik”inin 13, “Reyms”in 11, “Lill” və “Lans”ın 10, “Nant” və “Strasburq”un 9, “Nitsa”nın 8, “Renn” və Lion “Olimpik”inin 7 xalı var.

Fransa Liqa 1
6-cı tur

27 sentyabr

Oser – Brest 3:0
Qollar: Ovusu, 26; Jubal, 37-pen. Traore, 59.

PSJ – Renn 3:1
Qollar: Barkola, 30; 68. Li Kanq, 58 – Kalimuendo, 73.

28 sentyabr

Lans – Nitsa 0:0

Havr – Lill 0:3
Qollar: David, 23; 35; 79.

Monako – Monpelye 2:1
Qollar: Baloqun, 32. L.Kamara, 90+8 – Nzinqula, 16.

29 sentyabr

Tuluza – Olimpik (Lion) 1:2
Qollar: Qboho, 14 – Nikolaysen, 28-öz qapısına. Fofana, 90+5.
 
Anje – Reyms 1:3
Qollar: Z.Ferhat, 84 – Nakamura, 9. İto, 25. Munetsi, 79.

Nant – Sent Etyen 2:2
Qollar: Lepenant, 10. Tomas, 49 – Sissoko, 57; 67.

Strasburq – Olimpik (Marsel) 1:0
Qol: D.Moreyra, 40.

Shares: