“Roma”nın sabiq baş məşqçisi Daniele de Rossinin qəfil istefasının səbəbi bəlli olub. O, klubun baş direktoru Lina Soulukuya görə işdən çıxıb.
Futbolinfo.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Paulo Dibalanın Səudiyyə Ərəbistanına transferdən son anda imtina etməsi qadın funksioneri qəzəbləndirib. O, satışdan əldə ediləcək böyük qazancın əldən çıxması üzündən de Rossidən argentinalını əsas heyətdə oynatmamağı tələb edib.
Komandanın uğurunu istəyən baş məşqçi buna əməl etməyib və “Roma”nın lidernə çevrilən Dibalaya növbəti oyunlarda da şans verib. Souluku bunun əvəzini çıxmaq üçün digər klub rəsmilərini de Rossinin getmək istəməsinə, futbolçuların məşqçidən narazı olmasına inandırıb və onun istefasına nail olub.
Baş direktorun yalanı istefanın ertəsi üzə çıxıb. Futbolçular hamısı klub rəhbərliyindən de Rossni niyə qovduqlarını soruşmağa başlayıb. Belədə Souluku ifşa olunub və həmən özü də klubdan qovulub.