“Qarabağ”ın Avropa Liqasındakı rəqibi Lion “Olimpik” Vilfred Zaha ilə yollarını ayıra bilər. Bu yay “Qalatasaray”dan icarəyə götürülən cinah hücumçusu Fransada xoşbəxt deyil.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı kot d ivuarlı Türkiyə klubundan ayrılmasına peşman olub. Onun mövsümün sonunu gözləmədən, qış fasiləsi zamanı İstanbula qayıdacağı gözlənilir.

Futbolçu həm özü, həm də ailəsi Liona uyğunlaşa bilmir. Bu isə onun heyətə düşməsini çətinləşdirir. Məşqçilər heyəti də rəhbərlikdən Zahanı getmək istəyinə qarşı çıxmamasını xahiş edib.

“Qalatasaray”la 2026-cı ili yayınadək müqaviləsi olan Vilfred 2010-23-cü illərdə İngiltərədə oynayıb. “Kristal Pelas”da yetişən futbolçu bir müddət “Mançester Yunayted”ə və “Kardiff Siti” çıxış etsə də, karyerasının böyük hissəsi yetişdiyi kluba bağlı olub. Ötən yay “Kristal Pelas”ın yeni müqavilə bağlamadığı cinah oyunçusu azad agent kimi “Qalatasaray”a gəlmişdi.

Shares: