Entoni Qordon “Nyukasl”da qalacaq. Bir sıra ingilis klubunun heyətinə qatmaq istədiyi gənc hücumçu “sağsağanlar”la yeni müqavilə imzalamağa razılaşıb.
Futbolinfo.az xəbər verir ki, yeni 5 illik müqavilə sayəsində Qordon 2029-cu ilədək “Nyukasl”da qalacaq. Onun maaşı komandanın ən yüksək məvacibli futbolçularının aldığı qədər olacaq.
2023-cü ilin yanvarında “Everton”dan 45,6 milyon avroya transfer edilən Qordonun hazırkı müqaviləsi növbəti mövsümün sonunda bitəcədi. 23 yaşlı hücumçu akademiyasında futbola başladığı “Liverpul”un hədəfində idi.