Sloveniyalı velosipedçi Tadey Poqaçar qrup yarışında qalib gələrək veloşosse üzrə dünya çempionu adını qazanıb. İdmançı nəticəsi 6:27.30-a bərabərdir.

Avstraliyalı Ben O’Konnor liderdən 0,34 geri qalaraq ikinci olub. İlk üçlüyü niderlandlı Matye van der Poel tamamlayıb.

Dünya çempionatı. Qrup yarışı. Kişilər:

1. Tadey Poqaçar (Sloveniya)

2. Ben O’Konnor (Avstraliya)

3. Matye van der Poel (Niderland)

4. Toms Skuins (Latviya)

5. Remko Evenepoel (Belçika)

6. Mark Hirşi (İsveçrə)

7. Ben Healy (İrlandiya)

8. Enrik Mas (İspaniya)

9. Quinn Simmons (ABŞ)

10. Romain Barde (Fransa)…

Shares: