Ümumdünya Antidopinq Agentliyinin (WADA) Parisdə Olimpiya Oyunlarına bir neçə həftə qalmış 2000 iş və 900-dən çox dopinq testi ilə bağlı məlumatları itirdiyi və ya təhrif edildiyi məlum olub. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bu hadisələrə görə agentlik hansı işləri təhqiq etməli olduğunu və hansı idmançıların cəzaya məhkumluğunu düzgün müəyyənləşdirə biməyib. Bu, 2024-cü ilin mayında keçirilən iclasda məlum olub.

Bir müddət sonra WADA hadisə ilə bağlı belə bir açıqlama da yayıb: “İT departamenti vəziyyəti düzəltmək üçün çox iş görüb, işin araşdırılmasını hüquqşünaslar üçün daha səmərəli və effektiv edib”.

Agentlik, digər məlumatların bazasında hadisələri izləyə bildiyini söyləyib. Keçmiş antidopinq rəsmisinin sözlərinə görə, Olimpiada başlayanda məlumat bazası ilə bağlı problemlər həll olunmamış qalıb.

Shares: