Parisdə tennis üzrə Fransa açıq çempionatının oyunlarının keçirildiyi “Rolan Qarros” idman kompleksinin ərazisində oğurluq baş verib. Bu barədə BFM TV məlumat yayıb.

Mənbənin sözlərinə görə, 20 min avro dəyərində qızıl-zinət əşyaları və 11 min avro nağd pul oğurlanıb. Cinayət sentyabrın 27-dən cümə axşamına keçən gecə törədilib. Naməlum şəxslər hasarın üstündən keçərək kompleksə daxil olublar və orada bir neçə ofisə daxil olublar.

Hadisəni törədənlər hələlik müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp