Dünən “Olimpiakos” və “Panatinaikos” komandaları arasında basketbol üzrə Yunanıstan Superkubokunun final oyunu baş tutub. Oyun 86:85 hesabı ilə “Olimpiakos”un xeyrinə yekunlaşıb.

“Olimpiakos” komandasının mərkəz basketbolçusu Moses Raytın smaçından sonra halqa sınıb. Nəticədə arenada məzəli an yaşanıb. Halqanı qaydasına salmaq üçün fasilə 30 dəqiqə davam edib. Arenanın işçiləri taxtadan istifadə edərək halqanı düzəltməyə qərar veriblər.

Əlavə edək ki, qalib komandada ən məhsuldar oyunçu 20 xal toplayan hücumçu Aleksandar Vezenkov olub.

Shares: