ABŞ prezidentliyinə namizəd Kamala Harris Milli Basketbol Assosiasiyasının keçmiş oyunçuları Mett Barns və Stiven Ceksonun birgə aparıcılıq etdiyi “All the Smoke” podkastında çıxış edib.
Maraqlıdır ki, hər ikisi bir vaxtlar “Qolden Steyt Vorriors”un heyətində çıxış edib. Həmin vaxt isə Harris əsas rəqib olan San-Fransiskoda rayon prokuroru vəzifəsində çalışıb.
Podkastin mətbuat xidmətindən verilən məlumata görə, prezidentliyə namizədlə söhbətdə irqi mənsubiyyət, polis vəhşiliyi və s. mövzulara toxunulub. Müsahibə təxminən bir saat davam edib.