“Kəpəz” legionerlərinin heç biri ilə vidalaşmayıb. Adil Şükürovun vaxtında transfer olunan, yeni baş məşqçi Azər Bağırovun heyətdə görmək istəmədiyi əcnəblərin hamısı Gəncə klubunun boynunda yük kimi qalıb.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi onlarla yolları ayırmaq üçün variant axtarır. Mövsümün ortası olduğu üçün qışadək işsiz qalacaqlarını bildiklərindən heç kim getmək istəmir. Onlar hətta 2-3 aylıq maaşlarını kompensasiya kimi alaraq getməyə də isti yanaşmır.

Burada bir məqam da Bağırovla bağlıdır. Əcnəbilər onun komandanı uğursuzluqdan çıxara bilməyəcəyini və istefaya göndəriləcəyini düşünür. Belədə yeni baş məşqçi onlara yenidən güvənə bilər. Bu səbəbdən “Kəpəz”də qeyri-müəyyənlik davam edir.

Hələlik yalnız Keverton Markolinyo getməyə razılıq verib. Cəmi 2 matçda forma geyən 23 yaşlı brazilyalı 3 aylıq maaşını alaraq vida etməyin əleyhinə deyil. Amma o da klub axtarışındadır. Yeni variant çıxana kimi futbolçu əvəzedici komandada məşq edəcək.

Shares: