Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoldaşlıq görüşünü keçirib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyununda Gürcüstan yığması 4:0 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp