“Məqsədimiz B qrupundan birinci yerlə pley-off mərhələsinə vəsiqə qazanmaqdır”.

Futbolinfo.az xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasına hazırlıqla bağlı danışarkən deyib.

Mütəxəssis qubalılardan dəstək gözlədiyini vurğulayıb:

“Qalib gəlməyə çalışacağıq, heç bir rəqibə uduzmaq şansımız yoxdur. Çempionatın başlamasına 20 gündən artıq vaxt qalıb. Quba camaatının da bizə dəstək olacağına inanıram. Yüksək liqada Qubanı təmsil edəcəyik. Hər halda, onları sevindirmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü oktyabrın 18-də start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp