Beynəlxalq Futbol Federasiyası (FIFA) Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Etoya 6 ay müddətinə ölkəsinin kişi və qadınlardan ibarət milli komandalarının oyunlarına getməyi qadağan edib.
Futbolinfo.az FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 43 yaşlı sabiq futbolçunun nizam-intizam kodeksini pozması səbəb olub.
O, 20 yaşadək qızlar arasında keçirilən dünya çempionatının Kamerun – Braziliya matçında aqressiv davranışı və ədalətli oyun prinsiplərinin pozulmasında ittiham olunub.
Eto futbolçu karyeraında İspaniyanın “Real” (Madrid), “Barselona”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və “Everton” kimi klublarında çıxış edib. Sabiq hücumçu Kamerun milli komandasının üzvü kimi iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub.