Cina-Mariya Şumaxer ailə qurub. Yeddiqat dünya çempionu Mixael Şumaxerin qızının toyu gözlənildiyi kimi Malyorkada, Şumaxer ailəsinin villasında baş tutub.

Cina seçdiyi və uzun müddətdir ki, bir yerdə olduğu İan Betke ilə çəkdirdiyi bir şəkli sosial şəbəkələrdə paylaşıb. Fotoşəklə qısa şərh də verilib: “Sənin üçün “bəli! Bəli – əbədi!”.

“Ultima Hora” yerli nəşrinin məlumatına görə, mərasim təxminən yarım saat davam edib, daha sonra canlı kantri musiqisi ilə çox şən atmosferdə keçən toy ziyafəti başlayıb. Bu üslub seçimi təsadüfi deyil, çünki Cina-Mariya atçılıq idmanının növlərindən biri olan “kovboy yerişi”ndə uğur qazanıb.

Almaniyanın “Bunte” tabloidinin yazdığına görə, toyun keçirildiyi Villa Yasmine 2017-ci ildə Madrid “Real”ının  prezidenti Florentino Peresdən 30 milyon avroya alınıb. Villada rahatlıq və dəbdəbə baxımından hər şey var: iqamətgahın sahəsi 15 min kvadratmetrdir, oraya iki üzgüçülük hovuzu, idman zalı, böyük bir bağ və hətta helikopter meydançası daxildir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp