“Malmö”nün qapıçısı Yohan Dahlin UEFA Avropa Liqasının 2-ci turunda “Qarabağ”la keçiriləcək oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, isveçli qolkiper matça hazır olduqlarını bildirib.

38 yaşlı futbolçu İsveç çempionatındakı uğurlu nəticələri Avropa Liqasında da təkrarlamaq arzusunda olduqlarını vurğulayıb: “İsveç çempionatındakı uğuru Avropa Liqasına da daşımaq istəyirik. Bunun üçün çalışırıq. Avropa arenasında da Allsvenskandakı qədər sürətli olmalıyıq. Qarşıdakı matçda texniki və fiziki cəhətdən də nə edəcəyimizi təhlil edəcəyik. “Reyncers”lə (0:2) matçda ələ düşən şansları dəyərləndirə bilmədik. Növbəti rəqibimiz “Qarabağ”la oyun isə əyləncəli olacaq. Oynamaq istədiyimiz matçlar bunlardır. Bütün diqqətimizi Azərbaycan klubu ilə qarşılaşmaya yönəltmişik. Əvvəlcə Bakıdan sərfəli nəticə ilə dönək, ondan sonra çempionata köklənərik”.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Shares: