UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və açıq məşqlərin vaxtları məlum olub.
Futbolinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə ilk 15 dəqiqəsi açıq məşq “Azersun Arena”da reallaşacaq.
Qonaq komandanın baş məşqçisi Henrik Ridströmün mərkəzi arenada təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni stadionda keçiriləcək oyunöncəsi son məşqi 19:00-da başlayacaq.
Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.