“Lənkəran” klubu bir basketbolçu ilə yollarını ayırıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli Çınar Çakmakın zədə səbəbindən bu mövsüm komandaya kömək edə bilməyəcəyi bəlli olub.
Bu səbəbdən 18 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
193 sm boya malik hücumçu ilə müqavilə 1 illik nəzərdə tutulmuşdu. Çınar Çakmak Türkiyənin “Cedi Osman Akademiyası” komandasından “Lənkəran”a qoşulmuşdu.