Niderland millisi, “İnter” və “Real”ın sabiq yarımmüdafiəçisi Vesli Sneyder məşqçilik karyerasına başlamaq niyyətində olduğunu açıqlayıb.

“Cəmi 40 yaşındayam, kifayət qədər vaxtım var. Hələ ki kurslara başlamamışam, lakin planlarımda bunlar var. Mən məşqçiliyə başlayacağam, amma hələ də buna mane olan şəxsi məsələlərim qalıb”, – deyə Sneyder “Voetbal International”a müsahibəsində qeyd edib.

Yarımmüdafiəçi 2019-cu ilin avqustunda karyerasını başa vurub. Futbolçu “İnter” və “Real”dan başqa, “Ayaks”, “Qalatasaray”, “Nitsa” və “Əl-Qarafa” komandalarında çıxış edib.

Shares: