Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo Asiya Çempionlar Liqasının 2-ci turunda Qətərin “Ər-Rayyan” komandasına vurduğu qolu mərhum atasına həsr edib.
Futbolinfo.az “A Bola”ya istinadən xəbər verir ki, ulduz futbolçu vurduğu qolun fərqli olduğunu və onu atasının ad gününə həsr etdiyini bildirib.
O, “Ər-Rayyan”la matçın 77-ci dəqiqəsində fərqlənib.
Ronaldonun atası Xose Diniş Aveyru DÇ-2006-nın seçmə mərhələsində 2005-ci ildə Moskvada baş tutan Rusiya – Portuqaliya matçından (0:0) əvvəl qaraciyər çatışmazlığından dünyasını dəyişib.