Məşhur “Transfermarkt” portalı İngiltərə Premyer Liqasının oyunçularının bazar dəyərini yeniləyib. Buna əsasən “Mançester Siti”nin forvardı Erlinq Halandın qiyməti 200 milyon avroya çatıb.

Belə bir qiymət tarixdə ikinci dəfədir ki, göstərilir. Halanda qədər 2018-ci ildə Kilian Mbappenin də bazar dəyəri 200 milyona çatmışdı.

Beləliklə, Haaland dünyanın ən bahalı futbolçuları siyahısında Madrid “Real”ının üçlüyünü – Cud Bellingem, Vinisius Junior və Mbappeni (hamısı 180 milyon avro) geridə qoyub.

Premyer Liqanın ən bahalı 10 futbolçusunun siyahısı belədir:

1. Erlinq Haaland (Mançester Siti) – 200 milyon avro

2. Fil Foden (Mançester Siti) – 150 milyon

3. Bukayo Saka (Arsenal) – 140 milyon

4. Rodri (Mançester Siti) – 130 milyon

5. Deklan Rays (Arsenal) – 120 milyon

6. Martin Odeqaard (Arsenal) – 110 milyon

7. Koul Palmer (Çelsi) – 90 milyon

8. Bruno Gimaraeş (Nyukasl) – 85 milyon

9-11. Uilyam Saliba (“Arsenal”), Luis Diaz (“Liverpul”), Ruben Dias (“Mançester Siti”) – 80 milyon.

Misli Premyer Liqasının ən bahalı futbolçusu isə Juninyodur. “Qarabağ”ın forvardının dəyəri 2 milyon avroya bərabərdir. Aleksey Kaşuk 1,8 , Mateuş Koxalski və Leandro Andrade isə 1,5 milyon avro dəyərə malikdirlər.

Azərbaycanlı futbolçular arasında ən baha Renat Dadaşovdur. Milli komandamızın forvardının qiyməti 1,5 milyondur. Nəriman Axundzadə 1,2, Toral Bayramov isə 1 milyon avro qiymətləndirilir.

Shares: