Almaniya prezidenti Frank-Valter Ştaynmayer “Borussiya” (Dortmund, Almaniya) və “Liverpul”un (İngiltərə) sabiq baş məşqçisi Yürgen Kloppu ordenlə təltif edib.

Futbolinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Almaniya qarşısındakı xidmətlərinə görə ordenə layiq görülüb.

Klopp Liverpul”un baş məşqçisi postunu tərk etdikdən sonra karyerasını sonlandırdığını açıqlayıb.

Shares: