Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya Super Liqasında işləyəcək.
Futbolinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Bilis” klubunun baş məşqçisi Nevil Dedenin köməkçisi təyin olunub.
Quliyev həmçinin, Albaniya klubunun əvəzedici komandasının baş məşqçisi vəzifəsini yerinə yetirəcək.
O, Albaniyanı UEFA Gənclər Liqasında təmsil edən bu klubun U-19 komandasına da rəhbərlik edəcək.
Qeyd edək ki, “Bilis”də azərbaycanlı hücumçu Amil Yunanov da çıxış edir.