Avropanın milli çempionatlarında mövsümün startında ən çox böyükhesablı qələbə qazanan komandaların adları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, cədvəlin ilk “10-luğ”unda Azərbaycan təmsilçisi də var. Belə ki, “Qarabağ” Misli Premyer Liqasının cari mövsümündə keçirdiyi 7 matçdan 3-də darmadağına sevinib.

Qurban Qurbanovun yetirmələri bununla bir neçə klubla 10-cu pilləni bölüşdürür. “Böyük beşlik” ölkələrinin klublarından yalnız “Yuventus” (İtaliya) “Qarabağ”la eyni göstəriciyə imza ata bilib.

Siyahıya Portuqaliya klubu “Sportinq” başçılıq edir. Lissabon təmsilçisi ölkə çempionatının ilk 7 matçında 5 böyükhesablı qələbə qazanıb. “Srvena Zvezda” (Serbiya), “Düdelanj” və “Hesperange” (hər ikisi Lüksemburq) də eyni sayda darmadağınla qalibiyyət əldə edib. Ancaq onlar 9, “Sportinq” isə 7 qarşılaşmada bunu bacarıb. “Seltik” (Şotlandiya), “Benfika” (Portuqaliya), “Zenit”, ÇSKA (hər ikisi Rusiya) və “Maribor”un (Sloveniya) aktivində 4 darmadağın var.

Qeyd edək ki, “Qarabağ” 1-ci turda “Araz-Naxçıvan”ı 4:1, 2-ci turda “Kəpəz”i 3:0, 7-ci turda isə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

Shares: